“Putin bu qış ukraynalıları sındırmaq istəyir” - Polşalı nazirdən açıqlama

“Putin bu qış ukraynalıları sındırmaq istəyir” - Polşalı nazirdən açıqlama

Hazırda oxunan: “Putin bu qış ukraynalıları sındırmaq istəyir” - Polşalı nazirdən açıqlama
650333
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya Prezidenti Vladimir Putinin hazırda real sülh danışıqlarına hazır olmadığını vurğulayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Clash Report” nəşri yazıb.

"Hesab edirəm ki, Putin hələ də bu qış ukraynalıları sındırmaq istəyir. Bəlkə də yalnız onları sındıra bilməsə, ciddi danışıqlara hazır olacaq, çünki bu gün o, absurd dərəcədə qeyri-real tələblər irəli sürür", — deyə Sikorski qeyd edib.   

Onun sözlərinə görə, Rusiya Federasiyası qonşularına qarşı pis niyyətinin olmadığını və yeni təhlükəsizlik arxitekturası yaratmaq istədiyini bəyan edəndə, o, rusiyalılara köhnə bir lətifəni xatırladır:   

"Uşaqlar, vaxtilə bizdə belə bir lətifə var idi: "Sovet İttifaqının təhlükəsiz sərhədi nədir?" Sovet İttifaqının təhlükəsiz sərhədi hər iki tərəfində sovet əsgərlərinin dayandığı sərhəddir".

Polşalı nazir əlavə edib ki, əsil həqiqət Rusiyanın Qərbi təhdid etməsi və müxtəlif təxribatlar törətməsindən ibarətdir, Avropa isə müstəsna olaraq müdafiə taktikasına sadiq qalır:   

"Bu, qismən bizim strukturlarımızla bağlıdır, çünki biz demokratik dövlətlərik. Bizim Moskvaya göndərə biləcəyimiz "ölüm eskadronlarımız" yoxdur, elə deyilmi? Biz Polşada etməyə çalışdıqları kimi, Rusiyanın ticarət mərkəzlərini yandırmağa və ya Rusiya qatarlarını partlatmağa hazırlaşmırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO