İsveçrə müharibə aparan ölkələrə silah satacaq - Ukraynanın adı yoxdur

İsveçrə müharibə aparan ölkələrə silah satacaq - Ukraynanın adı yoxdur

Hazırda oxunan: İsveçrə müharibə aparan ölkələrə silah satacaq - Ukraynanın adı yoxdur
650264
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün İsveçrədə silah ixracı qaydalarının yumşaldılması ilə bağlı referendum keçirilir. Dəyişikliklər qəbul olunarsa, Bern silahlı münaqişələrdə iştirak edən tərəfdaş Qərb ölkələrinə silah satmaq hüququ əldə edəcək.

Bizim.Media "Reuters" agentliyinə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, alıcı ölkələrə də İsveçrə silahlarını Bernin ayrıca icazəsi olmadan üçüncü ölkələrə ötürməyə icazə veriləcək.

Hazırkı sərt məhdudiyyətlər İsveçrənin müdafiə sənayesi məhsullarının cəlbediciliyini azaldaraq ixracın kəskin düşməsinə səbəb olmuşdu.

Bununla belə, Ukrayna yenə də istisna olaraq qalacaq — yeni qaydalar Kiyevə şamil edilməyəcək. İsveçrənin neytrallıq siyasəti səbəbindən Ukrayna əvvəlki kimi nə birbaşa, nə də digər ölkələr vasitəsilə İsveçrə silahlarını əldə edə bilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO