Dağıstanın sabiq səhiyyə naziri əvəzi həbs edildi

Dağıstanın sabiq səhiyyə naziri əvəzi həbs edildi

Hazırda oxunan: Dağıstanın sabiq səhiyyə naziri əvəzi həbs edildi
650305
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dağıstan Respublikasının səhiyyə naziri vəzifəsini müvəqqəti icra etmiş Aliomar Əhmədov məhkəmənin qərarı ilə həbs olunub.

Bizim.Media xəbər verir ki, o, xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə 2027-ci il yanvarın 26-dək istintaq təcridxanasına göndərilib.

İstintaqın versiyasına görə, A.Əhmədov 2022-ci ildə Dağıstan Göz Mikrocərrahiyyəsi Mərkəzinin direktoru olarkən bahalı oftalmoloji avadanlıqların süni şəkildə şişirdilmiş qiymətlərlə alınmasına dair dövlət müqaviləsi bağlayıb. 

Nəticədə regional büdcəyə 14,3 milyon rubldan çox ziyan dəyib.   Qeyd edək ki, 2026-cı il iyunun 19-dan səhiyyə naziri vəzifəsini icra edən A.Əhmədov noyabrın 18-də respublika rəhbəri Fyodor Şukinin fərmanı ilə vəzifəsindən azad olunub.

Onun saxlanılması barədə məlumat noyabrın 27-də Dağıstanın sabiq FHN rəhbəri Nəriman Kazımaqomedovun tutulması ilə eyni vaxtda yayılıb.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO