
- A-
- A
- A+
Paşinyan: “Ermənistana Rusiya hərbi bazası lazım deyil”
Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyanın Birinci kanalına verdiyi müsahibədə ölkəsinin Rusiya hərbi bazasına ehtiyacı olmadığını bəyan edib.
Bizim.Media xəbər verir ki, o, bu məsələni heç vaxt rəsmi şəkildə qaldırmadığını vurğulamaqla yanaşı, Moskvanın bazanı çıxarmaq qərarına etiraz etməyəcəklərini bildirib.
“Bizə burada Rusiya hərbi bazası lazım deyil. Əgər Rusiya burada hərbi baza saxlamaq istəyirsə, bu, bir vəziyyətdir; istəmirsə, başqa bir vəziyyətdir. Məsələ bundan ibarətdir”, — deyə Paşinyan qeyd edib.
Xatırladaq ki, noyabrın 27-də Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin və Nikol Paşinyan arasında keçiriləcək qarşıdakı danışıqlarda Ermənistandakı Rusiya hərbi bazası və təhlükəsizlik məsələlərinin müzakirə olunacağını açıqlayıb. İlkin razılaşmaya əsasən, Ermənistan Baş nazirinin Moskvaya səfəri 2026-cı il dekabrın 3-nə planlaşdırılıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































