Ağcabədidə 100 illik bina yandı - Bir vaxtlar bəy evi olubmuş - Foto

Ağcabədidə 100 illik bina yandı - Bir vaxtlar bəy evi olubmuş - Foto

Hazırda oxunan: Ağcabədidə 100 illik bina yandı - Bir vaxtlar bəy evi olubmuş - Foto
650245
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağcabədidə bir əsrdən çox yaşı olan keçmiş məktəb binasında yanğın baş verib.

Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında rayonun Minaxorlu kəndində, Məlikov adına Minaxorlu kənd tam orta məktəbinin həyətində yerləşən binada qeydə alınıb.

Yanğın baş verən binanın 100 ildən artıq yaşı var. Tarixi tikili əvvəllər bəy evi olub, sovet dövründə isə məktəb binası kimi fəaliyyət göstərib. Kənddə yeni məktəb binası tikilərək istifadəyə verildikdən sonra köhnə tikili məktəbin anbarı kimi istifadə olunub.

Hadisə yerinə Ağcabədi Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
 

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun fəaliyyətdə olan məktəb binasına keçməsinin qarşısı alınıb.


Hazırda FHN əməkdaşları aktiv yanma ocaqlarının aşkar edilərək söndürülməsi istiqamətində işləri davam etdirirlər. (Qafqazinfo.az)

Ağcabədidə 100 illik bina yandı - Bir vaxtlar bəy evi olubmuş - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO