
- A-
- A
- A+
Dünya
13:22 / 29.11.2026
1 dəq oxunma
Türkiyədə 6 ildir su altında qalan kənd yenidən üzə çıxdı - Foto
Hazırda oxunan: Türkiyədə 6 ildir su altında qalan kənd yenidən üzə çıxdı - Foto
650265
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Türkiyənin Qars vilayətinin Sarıqamış rayonundan təxminən 28 kilometr uzaqlıqda, Qars–Ərzurum avtomobil yolunun üzərində yerləşən Qaraqurt Su Elektrik Stansiyasının (SES) su anbarında suyun səviyyəsinin enməsi ilə Qaraqurt kəndinin qalıqları yenidən görünməyə başlayıb.
Bizim.Media xəbər verir ki, Dövlət Su İşləri (DSİ) tərəfindən inşa edilən bəndin 8 fevral 2020-ci ildə su yığmağa başlamasından sonra kənd təxminən 6 il su altında qalmışdı.
Bəndin qapaqlarının qismən açılması və suların çəkilməsi nəticəsində kənddəki evlər, məscid, kilsə və bir sıra tarixi tikililər yenidən gün üzünə çıxıb.
Su altından çıxan yaşayış məntəqəsi dron vasitəsilə havadan lentə alınıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.






























































































