
- A-
- A
- A+
Zelenski mediaya bunu qadağan etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Nazirlər Kabinetinə Rusiyanın kritik infrastruktura endirdiyi zərbələrin nəticələrinin və dağıntıların aradan qaldırılması prosesinin mediada işıqlandırılmasının qadağan edilməsi ilə bağlı tədbirlər görməyi tapşırıb.
Bizim.Media xəbər verir ki, müvafiq göstəriş noyabrın 28-də imzalanmış prezident fərmanında əksini tapıb.
Qadağa həmçinin yanacaq-energetika və əhalinin həyat təminatı sektorundakı kritik infrastruktur obyektlərində müdafiə qurğularının tikintisi prosesinin işıqlandırılmasına da şamil edilir.
Fərmana əsasən, Ukrayna Müdafiə Nazirliyi və Baş Qərargah kritik infrastruktur obyektlərinin hava hücumundan müdafiəsinin gücləndirilməsi planını hazırlamalıdır.
Zelenski və Nazirlər Kabineti fərmanın praktikada necə icra olunacağı ilə bağlı əlavə açıqlama verməyib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































