
- A-
- A
- A+
Aqil Məmmədova "polkovnik" ali hərbi rütbəsi verildi
Vətən müharibəsi iştirakçısı Aqil Əli oğlu Məmmədova "polkovnik" ali hərbi rütbəsi verilib.
Bizim.Media "Unikal"a istinadla xəbər verir ki, əslən Lerik rayonunun Xəlifəküçə kəndindən olan A.Məmmədov Vətən qarşısında xüsusi xidmətlərinə görə bu rütbəyə layiq görülüb.
1980-ci il mayın 9-da Xəlifəküçə kəndində dünyaya göz açan Aqil Məmmədov 2001-ci ildən Azərbaycan Ordusunun sıralarında xidmətə başlayan zabit illər ərzində taqım komandiri, bölük komandiri, tabor komandiri və müxtəlif qərargah vəzifələrində çalışıb.
O, "Vətən uğrunda", "Şücaətə görə", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı", "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli və "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalları ilə təltif olunub.
Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmətini davam etdirir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































