
- A-
- A
- A+
Dünya
15:00 / 29.11.2026
1 dəq oxunma
Türkiyəyə düşən PUA partladı: 4 evin şüşələri sındı - Foto - Video
Hazırda oxunan: Türkiyəyə düşən PUA partladı: 4 evin şüşələri sındı - Foto - Video
650276
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Noyabrın 29-u gecə saatlarında Türkiyənin Rizə vilayətinin Çayeli rayonunun Köprübaşı kəndinə düşən pilotsuz uçuş aparatının (PUA) partlaması nəticəsində ətrafdakı 4 evin şüşələri sınıb.
Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı məlumat saat 01:33 radələrində daxil olub. PUA Köprübaşı kəndindəki çay sahəsinə düşüb.
Partlayış nəticəsində ərazidə təxminən 70 kvadratmetr sahədə çuxur yaranıb, 300 metr məsafədə yerləşən 4 evin şüşələri qırılıb. Hadisə zamanı ölən və yaralanan olmayıb.
Jandarma və aidiyyəti qurumların əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görüb. Xarici mənşəli olduğu bildirilən PUA-ya məxsus qanad və gövdə hissələri texniki araşdırma aparılması üçün toplanıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































