Türkiyənin daxili işlər nazirindən 301 min vətəndaşa müraciət: "Vaxtı çatıb"

Türkiyənin daxili işlər nazirindən 301 min vətəndaşa müraciət: "Vaxtı çatıb"

Hazırda oxunan: Türkiyənin daxili işlər nazirindən 301 min vətəndaşa müraciət: "Vaxtı çatıb"
650225
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi 301 min şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsinin yenilənmə vaxtının çatdığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, nazir bu barədə "Akit TV"nin canlı yayımında gündəmlə bağlı sualları cavablandırarkən bildirib.

2017-ci ildə verilməyə başlanan biometrik şəxsiyyət vəsiqələrinin 10 illik istifadə müddətinə diqqət çəkən M.Çiftçi vətəndaşları sənədlərinin son etibarlılıq tarixini yoxlamağa çağırıb:
 

"301 min şəxsiyyət vəsiqəsi, eləcə də sürücülük vəsiqəsinin yenilənmə vaxtı çatıb. Onların son istifadə tarixi var — qoy vətəndaşlarımız ora baxsınlar və cərimə vəziyyətinə düşməmək üçün hələ vaxt varkən sənədlərini yeniləsinlər".


Nazir verilişdə həmçinin terrorla mübarizə, rəqəmsal dələduzluğa qarşı "Dolunay" layihəsi, suriyalı miqrantların ölkələrinə qayıdışı və Qəzzaya humanitar yardımlarla bağlı da son statistik məlumatları bölüşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO