
- A-
- A
- A+
Dronlar Rusiyanın sənaye rayonlarına hücum etdi: İri zavod yanır - Video
Noyabrın 29-na keçən gecə Rusiyanın bir neçə sənaye rayonu pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, monitorinq kanallarının məlumatına görə, zərbələrdən ən çox Samara vilayətinin Tolyatti şəhəri zərər çəkib.
Hücumdan sonra raket yanacağı komponentləri, sintetik kauçuk və neft-kimya məhsulları istehsal edən iri "Tolyattikauçuk" zavodunda güclü yanğın başlayıb.
Qeyd olunur ki, bu müəssisənin məhsullarından hərbi texnika şinləri, zirehli maşın və təyyarə detallarının hazırlanmasında da istifadə olunur.
Bundan əlavə, Tatarıstanın neft-kimya müəssisələri ilə tanınan Nijnekamsk şəhərinin sənaye zonasına və Həştərxan vilayətindəki "Kapustin Yar" raket poliqonuna da zərbələr endirildiyi bildirilir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































