
- A-
- A
- A+
Almaniyalı polkovnik Rusiya ordusunu tərfilədi: “Yeni nəsə icad edirlər”
Almaniya Silahlı Qüvvələrinin (Bundesver) istefada olan polkovniki Ralf Tile "Welt" telekanalına müsahibəsində deyib ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin cəbhədə vəziyyəti dəyişmək cəhdlərini puça çıxaracaq.
Bizim.Media xəbər verir ki, ekspertin sözlərinə görə, Rusiya daim yeni taktikalar tətbiq edərək Ukraynanın müdafiə tədbirlərini təsirsiz hala gətirir:
"Hətta quru müharibəsi zamanı belə ruslar daim yeni nəsə icad edirlər ki, bu da onlara Ukraynanın guya effektiv olan müdafiə tədbirlərini heçə endirməyə imkan verir. Ona görə də yeni sürprizlərə hazır olmalıyıq".
R.Tile Rusiyanın hərbi iqtisadiyyatını fəal şəkildə inkişaf etdirdiyini və həm kosmosda, həm də quruda döyüş tapşırıqlarını effektiv yerinə yetirmək qabiliyyətini dəfələrlə nümayiş etdirdiyini vurğulayıb. O, müharibənin başa çatması və ondan sonrakı dövr barədə düşünməyin vacibliyini qeyd edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































