İtaliyalı aşpaz həbs ediləcək? - Keçmiş arvadına yazdığı mesajlar məhkəməyə çıxarıldı

İtaliyalı aşpaz həbs ediləcək? - Keçmiş arvadına yazdığı mesajlar məhkəməyə çıxarıldı

Hazırda oxunan: İtaliyalı aşpaz həbs ediləcək? - Keçmiş arvadına yazdığı mesajlar məhkəməyə çıxarıldı
650241
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"MasterChef Türkiye" proqramının münsiflər heyətinin üzvü, italiyalı aşpaz Danilo Zanna keçmiş həyat yoldaşı Tuğçe Demirbilekə göndərdiyi mesajlara görə hakim qarşısına çıxacaq.

Bizim.Media xəbər verir ki, 2021-ci ildə boşandığı T.Demirbilekin şikayəti əsasında İstanbul Prokurorluğu tərəfindən araşdırma başladılıb.

İstintaq materiallarında məşhur aşpazın keçmiş arvadına "İspanaqdan başqa heç nə bişirmirsən, utan özündən" ifadələrini yazdığı qeyd olunub.

Tərəflər arasında barışıq əldə olunmadığı üçün D.Zanna barəsində təhqir maddəsi ilə 2 ilə qədər həbs cəzası tələbi ilə cinayət işi açılıb. İttihamları qəbul etməyən aşpaz isə yazışmaların qarşılıqlı olduğunu və keçmiş həyat yoldaşının bu şikayətdən alimentin artırılması ilə bağlı məhkəmə prosesində sübut kimi istifadə etmək istədiyini bildirib.

İtaliyalı aşpaz həbs ediləcək? - Keçmiş arvadına yazdığı mesajlar məhkəməyə çıxarıldı - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO