Müharibə xərclərini qarşılamaq üçün ən sadiq tərəfdarlarının aktivlərini əlindən alır

Müharibə xərclərini qarşılamaq üçün ən sadiq tərəfdarlarının aktivlərini əlindən alır

Hazırda oxunan: Müharibə xərclərini qarşılamaq üçün ən sadiq tərəfdarlarının aktivlərini əlindən alır
650247
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Prezidenti Vladimir Putin və onun yaxın ətrafı Ukraynadakı müharibəni maliyyələşdirmək üçün özəl şirkətlərin ələ keçirilməsi prosesini sürətləndirib.

Bizim.Media "The Wall Street Journal" (WSJ) nəşrinə istinadən xəbər verir ki, artan xərcləri ört-basdır etməyə çalışan Moskva hətta Kremlə sadiq sayılan iş adamlarının da biznesinə toxunmağa başlayıb.

Moskvanın AK&M iqtisadi agentliyinin məlumatına görə, cari ildə Rusiyadakı birləşmə və satınalma sövdələşmələrinin ümumi həcminin 40 faizi özəl aktivlərin müsadirəsinin payına düşüb (bu göstərici 2025-ci ildə 20 faizdən bir qədər çox, əvvəlki ildə isə 7 faiz olub).

Zərbə həm xarici şirkətlərə ("Nestlé", "Auchan", "Japan Tobacco", "Metro", "Aptar"), həm də yerli elita nümayəndələrinə dəyib.
 

Belə ki, Putin tərəfindən dövlət ordeni ilə təltif edilmiş milyarder Konstantin Strukov "Yujuralzoloto" şirkətindəki payını itirib, ən varlı iş adamlarından biri Vadim Moşkoviçin isə "Rusaqro" aqroholdinqi daxil olmaqla milyardlarla dollarlıq aktivlərinə həbs qoyulub. Eyni zamanda, Ali Məhkəmənin keçmiş hakimi Viktor Momotovla əlaqəli 100-ə yaxın daşınmaz əmlak obyekti müsadirə edilib.


Ekspertlərin fikrincə, Baş Prokurorluq tərəfindən müsadirə edilən aktivlərin 90 faizindən çoxu açıq hərrac əvəzinə dövlət korporasiyalarının və ya Putinin köhnə dostlarının əlinə keçir. Üstəlik, avqust ayında imzalanan və Ukrayna dronlarından qoruna bilməyən kritik infrastruktur obyektlərinin (neft emalı zavodları, rabitə və logistika mərkəzləri) müvəqqəti dövlət nəzarətinə keçməsinə imkan verən fərmanla azı 167 obyektin də müsadirə riski ilə üzləşdiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO