Bahalı qızılbalığa alternativ: Bu balıq həm ucuz, həm də faydalıdır

Bahalı qızılbalığa alternativ: Bu balıq həm ucuz, həm də faydalıdır

Hazırda oxunan: Bahalı qızılbalığa alternativ: Bu balıq həm ucuz, həm də faydalıdır
650184
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dietoloq və qastroenteroloq Yevgeni Arzamastsev qızılbalıq ailəsinə aid balıqlara münasib qiymətə alternativ kimi mintay balığını tövsiyə edib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə “Lenta.ru”ya danışıb.

Həkimin sözlərinə görə, mintay bəzən qızılbalıq və somqadan daha az dəyərli məhsul hesab edilir. Lakin bu balıq yüksək protein tərkibinə malikdir, azkalorilidir və yağlı deyil. Bundan əlavə, orqanizm üçün vacib olan yod və selenlə zəngindir.

Arzamastsev skumbriyanın da sağlamlıq üçün faydalı olduğunu bildirib. Onun sözlərinə görə, bu balıq ürək və damar sağlamlığı üçün vacib olan Omeqa-3 yağ turşularının miqdarına görə liderlərdəndir. Skumbriya həmçinin D vitamininin qiymətli mənbəyi hesab olunur.

Həkim qeyd edib ki, gündəlik qidalanmada mütləq bahalı və ya nadir balıq növlərinə üstünlük vermək lazım deyil. Dondurulmuş mintay və adi skumbriya da ev menyusu üçün uyğundur.

Onun tövsiyəsinə görə, həftədə iki dəfə balıq yeyən şəxslərin bir dəfə yağlı, digər dəfə isə yağsız balıq seçməsi məqsədəuyğundur.

Qeyd edək ki, daha əvvəl endokrinoloq Maksim Kuznetsov soyuqdəymə mövsümündə immuniteti gücləndirən qidaların adlarını açıqlayıb. Siyahıya balıq, ət, quş əti, yumurta, kəsmik, lobya, mərcimək və noxud daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO