2 qadın cüdoçumuz Avropa Açıq Turnirində qızıl medal qazandı - Foto

2 qadın cüdoçumuz Avropa Açıq Turnirində qızıl medal qazandı - Foto

Hazırda oxunan: 2 qadın cüdoçumuz Avropa Açıq Turnirində qızıl medal qazandı - Foto
650329
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İtaliyanın paytaxtı Romada keçirilən Avropa Açıq Turnirinin ikinci günündə Azərbaycan millisinin üzvləri Şəfəq Həmidova və Aydan Vəliyeva qızıl medal qazanıblar.

Bizim.Media xəbər verir ki, -48 kq çəki dərəcəsində çıxış edən Şəfəq Həmidova 1/4 finalda Elena Quarduçi, yarımfinalda isə Culiya Qilyoneyə (hər ikisi İtaliya) qalib gəlib.

Həlledici qarşılaşmada Almaniya təmsilçisi Sara İşt üzərində qələbə qazanan cüdoçumuz çempion tituluna yiyələnib.

Qeyd edək ki, -52 kq çəkidə mübarizə aparan Aydan Vəliyeva finala gedən yolda italiyalı Aziya Avanzato və Alessandra Rokkonu üstələyib. Təmsilçimiz həlledici görüşdə digər İtaliya idmançısı İlariya Finestronedən üstün olub.

Xatırladaq ki, turnirin ilk günündə Madina Kaisinova (+78 kq) bürünc medala sahib olub.

Beləliklə, millimiz yarışı 2 qızıl və 1 bürünc medalla başa vuraraq 38 ölkə arasında ümumi komanda hesabında üçüncü, qadınlar arasında isə ikinci yeri tutub.

Qeyd edək ki, 261 cüdoçunun iştirak etdiyi turnirdə Azərbaycan 6 qadın idmançı ilə təmsil olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO