
- A-
- A
- A+
Beynəlxalq Konfrans iştirakçılarının Qarabağ səfərindən videoçarx
IV Beynəlxalq Konfrans çərçivəsində xarici iştirakçılar və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün Qarabağa xüsusi tanışlıq səfəri təşkil edilib.
Bizim.Media xəbər verir ki, səfər iştirakçılara itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, onların axtarışı, insan qalıqlarının aşkar edilməsi və ekshumasiyası istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən tədbirlərlə bilavasitə tanış olmaq imkanı yaradılıb.
Səfər proqramı çərçivəsində iştirakçılar Xocalıda yerləşən muzeyi, Qarabağın tarixi və mədəniyyət abidələrini, görməli yerlərini ziyarət edib, bölgənin zəngin tarixi-mədəni irsi, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar.
Qarabağa təşkil edilmiş tanışlıq səfərinin əsas məqamlarını əks etdirən videoçarxı təqdim edirik:
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































