İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək

İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Hazırda oxunan: İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
650256
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniyada noyabrın 29-da növbədənkənar parlament seçkiləri keçiriləcək.

Bizim.Media xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, parlamentin aşağı palatası olan Deputatlar Konqresinə 350, yuxarı palatası olan Senata isə 209 üzv seçiləcək.

Ölkə üzrə təxminən 22,5 min seçki məntəqəsi yerli vaxtla saat 09:00-dan 20:00-dək fəaliyyət göstərəcək.

İspaniyada 38,6 milyondan çox insan səsvermə hüququna malikdir. Onlardan təxminən 2,6 milyonu xaricdə yaşayır.

İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, seçki günü təhlükəsizliyin təmin olunmasına 100 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı cəlb ediləcək.
 

Qeyd edək ki, İspaniyada növbəti parlament seçkilərinin 2027-ci ildə keçirilməsi planlaşdırılırdı. Lakin oktyabrın 2-də parlament hökumətin mənzil siyasəti ilə bağlı iki qərarını dəstəkləməyib.


Bundan sonra İspaniyanın Baş naziri Pedro Sançes oktyabrın 5-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərarını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO