
- A-
- A
- A+
FTX-nin sabiq polkovnikinə 16 il həbs cəzası verildi
235-ci Qarnizon Hərbi Məhkəməsi 181 milyon rubldan artıq rüşvət alma işi üzrə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sabiq əməkdaşı Yevgeni Lobanovu 16 il ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmaqla azadlıqdan məhrum edib və 550 milyon rubl məbləğində cərimələyib.
Bizim.Media "Kommersant" qəzetinə istinadən xəbər verir ki, bu, ehtiyatda olan sabiq polkovnik barəsində çıxarılan üçüncü hökmdür.
Məlumata görə, sonuncu iş 2019–2023-cü illərdə mikrokredit və kollektor şirkətləri ilə bağlı sahibkar İqor Vişnyakovdan ümumi himayədarlıq müqabilində 181,47 milyon rubl alınması ilə bağlı olub.
Lobanov bu iş üzrə günahını tam etiraf edib, məhkəmə ona 10 il həbs və 544 milyon rubl cərimə kəsib, hökmlərin məcmusu üzrə yekun cəza 16 il müəyyənləşdirilib.
Qeyd edək ki, Lobanov bundan əvvəl də rüşvət ittihamları ilə məhkum olunub: 2024-cü ilin avqustunda Moskvadakı Roma-Katolik kilsəsinin nümayəndəsindən əmlak mübahisəsində kömək müqabilində təxminən 20 milyon rubl almaqda təqsirli bilinərək 9 il, 2025-ci ilin martında isə iş adamı Dmitri Polyakovdan pul, 2,2 milyon rubl dəyərində "Rolex" saatı və istifadəsinə "Mercedes-Benz G 400D" avtomobili almasına görə təkrar mühakimə olunaraq ümumi 11 illik cəza alıb.
Dekabrın 1-də 2-ci Qərb Dairə Hərbi Məhkəməsi prokurorluğun təqdimatına baxacaq.
Prokurorluq cəzanın 16 ildən 17 ilə artırılmasını və Lobanovun Suvorov medalından məhrum edilməsini, eyni zamanda cərimənin qanunvericiliyin yol verdiyi maksimum həddə — 500 milyon rubla endirilməsini tələb edir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































