Əfqanıstanda tibbi sənədlərdə qadınların adlarının yazılması qadağan edildi

Əfqanıstanda tibbi sənədlərdə qadınların adlarının yazılması qadağan edildi

Hazırda oxunan: Əfqanıstanda tibbi sənədlərdə qadınların adlarının yazılması qadağan edildi
650284
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Taliban" hərəkatının nümayəndələri Əfqanıstanın şimalındakı Bəlx əyalətində bütün tibbi sənədlərdən qadın adlarının çıxarılması barədə göstəriş veriblər.

Bizim.Media "Bild" nəşrinə istinadən xəbər verir ki, bundan sonra xəstəxana kartlarında və reseptlərdə qadın pasiyentlərin adları əvəzinə yaşlı qadınlara ənənəvi müraciət forması olan "Bibi" sözünün yazılması tələb olunur.

Məlumata görə, may ayından qüvvədə olan bu qayda şifahi müraciətlərə də şamil edilir — məmurlara və tibb işçilərinə qadınları adları ilə çağırmaq qadağan edilib.

Hələlik bu məhdudiyyət yalnız bir bölgədə tətbiq olunur və ölkə miqyasında belə bir qadağa elan edilməyib.
 

Almaniyada yaşayan əfqanıstanlı hüquq müdafiəçisi Lalə Osmani İspaniyanın "El País" qəzetinə açıqlamasında baş verənləri "sistematik insanlıqdan çıxarma prosesi" adlandırıb. Onun sözlərinə görə, həkimlər, pasiyentlər və fəallar tibb müəssisələrində qadınlara "keçi" və ya "inək" kimi təhqiramiz ifadələrlə müraciət edilməsi hallarının artdığını bildirirlər.


Ekspertlər xəbərdarlıq edirlər ki, xəstəxanalarda onlarla qadının eyni ad altında qeydiyyata alınması xəstəlik tarixçələrində və dərmanların verilməsində ciddi qarışıqlığa, səhvlərə yol açaraq pasiyentlərin sağlamlığına birbaşa təhlükə yaradır. Bundan əlavə, rəsmi sənədlərdə adların olmaması qadınların qohumluq əlaqələrini təsdiqləməsini və hüquqlarını müdafiə etməsini çətinləşdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO