
- A-
- A
- A+
Rusiya Fastov şəhərindəki bazara hücum etdi - Foto
Noyabrın 29-u səhər saatlarında Rusiya qüvvələri Ukraynanın Fastov şəhərindəki bazara hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Hücum nəticəsində bazarda mağaza, ictimai iaşə obyekti və ticarət sahələri zədələnib. Hadisə yerində xilasedicilər yanğının söndürülməsi ilə məşğul olublar.
Fastov Şəhər Şurasından bildirilib ki, zərbə şəhərin mərkəzi bazarının ərazisinə dəyib və yanğın lokallaşdırılıb. Xəsarət alan olmayıb. Noyabrın 30-da bazar ərazisində sanitar gün elan edilib.
Tkaçenkonun sözlərinə görə, Rusiya Kiyev vilayətinin digər rayonlarına da hücum edib. Belə ki, Vışqorod rayonunda fərdi ev və avtomobil zədələnib. Ötən sutka ərzində Ağ Kilsə (Belaya Çerkov) rayonunda da hücumların nəticələri qeydə alınıb — 8 çoxmərtəbəli binanın şüşələri sınıb, 19 fərdi ev, qaraj və ticarət obyektləri, eləcə də avtomobillər zərər görüb, 4 nəfər xəsarət alıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































