Almaniyada Adolf Hitleri tərifləyən Niderland vətəndaşına hökm oxundu - Foto

Almaniyada Adolf Hitleri tərifləyən Niderland vətəndaşına hökm oxundu - Foto

Hazırda oxunan: Almaniyada Adolf Hitleri tərifləyən Niderland vətəndaşına hökm oxundu - Foto
650339
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın Münster şəhər məhkəməsi 59 yaşlı Niderland vətəndaşı Ştefan Veykampı nifrət qızışdırmaq və Adolf Hitleri tərifləmək ittihamı ilə 3 il sınaq müddəti olmaqla 8 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Bizim.Media xəbər verir ki, məhkəmənin qərarına əsasən, o, həmçinin Şimali Reyn-Vestfaliya torpağının büdcəsinə 1000 avro məbləğində cərimə və məhkəmə xərclərini ödəməlidir.

Cinayət işinin açılmasına Ş.Veykampın 2025-ci il iyulun 19-da Münsterdə keçirilən ifrat sağçıların nümayişi zamanı verdiyi müsahibədə Hitleri "dahi" adlandırması və onun ünvanına digər tərifli ifadələr işlətməsi səbəb olub.

Məhkəmə müdafiə tərəfinin söz azadlığı ilə bağlı arqumentlərini rədd edərək, bu çıxışların nasist rejimi qurbanlarını kobud şəkildə təhqir etdiyini və ictimai asayişi pozduğunu qərara alıb.

Qeyd olunur ki, hökm hələ qanuni qüvvəyə minməyib və məhkumun qərardan apellyasiya şikayəti verəcəyi bildirilir.

Almaniyada Adolf Hitleri tərifləyən Niderland vətəndaşına hökm oxundu - Foto - foto 1
Almaniyada Adolf Hitleri tərifləyən Niderland vətəndaşına hökm oxundu - Foto - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO