
- A-
- A
- A+
İlon Mask kosmosda bir milyon peykdən ibarət nəhəng şəbəkə qurur
ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) İlon Maskın "SpaceX" şirkətinin 2040-cı ilə qədər Yerətrafı orbitə bir milyon peyk çıxarmağı nəzərdə tutan "Starmind" adlı irimiqyaslı layihəsini təsdiqləyib.
Bizim.Media "France 24" telekanalına istinadən xəbər verir ki, günəş enerjisi ilə işləyəcək bu aparatlar 500–1000 kilometr yüksəklikdə yerləşdirilərək süni intellekt üçün kosmik məlumat emalı mərkəzləri (data-mərkəzlər) funksiyasını yerinə yetirəcək.
Qrafikə əsasən, ilk 100 min peyk 2035-ci ilədək, növbəti 500 mini 2038-ci ilədək, qalan hissəsi isə 2040-cı ilədək orbitə buraxılmalıdır.
Bununla belə, alimlər və ekspertlər layihənin ciddi risklər yaratdığı barədə xəbərdarlıq edirlər. Mütəxəssislərin fikrincə, bu miqyasda peyk şəbəkəsi astronomik müşahidələri çətinləşdirəcək, kosmik zibil və toqquşma riskini artıracaq, həmçinin aşağı Yer orbitinin "SpaceX" tərəfindən faktiki inhisara alınmasına gətirib çıxaracaq.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































