İlon Maska BÖYÜK ZƏRBƏ: Şirkətləri inflyasiya ilə üz-üzə qaldı

İlon Maska BÖYÜK ZƏRBƏ: Şirkətləri inflyasiya ilə üz-üzə qaldı

Hazırda oxunan: İlon Maska BÖYÜK ZƏRBƏ: Şirkətləri inflyasiya ilə üz-üzə qaldı
64601
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Amerikanın “Tesla” və “SpaceX” şirkətləri Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə inflyasiya təzyiqi ilə üzləşib.

Bizim.Media xəbər verir ki, bu barədə hər iki şirkətin təsisçisi İlon Mask “Twitter” hesabında məlumat verib.

"Tesla və SpaceX xammal və logistika sahəsində ciddi inflyasiya təzyiqləri ilə üzləşir" - deyə Mask qeyd edib.

Sahibkar həmçinin abunəçilərindən inflyasiyanın yaxın bir neçə ildə hansı dəyərlərə çatacağını düşündüklərini soruşub.

Qeyd edək ki, ABŞ Əmək Departamentinin məlumatına görə, fevral ayında ölkədə son 12 ayda istehlak qiymətləri indeksi 7,9%-ə çatıb ki, bu da 1982-ci ilin yanvarından bəri ən yüksək göstəricidir.

Fevralda istehlak qiymətləri aylıq olaraq 0,8% artıb. Qurumun məlumatına görə, ən çox benzin, mənzil və ərzaq məhsulları bahalaşıb.

Bizim.Media

İlon Maska BÖYÜK ZƏRBƏ: Şirkətləri inflyasiya ilə üz-üzə qaldı - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO