KTMT-nin 5 ölkəsi Ukrayna sərhədində hərbi təlim keçir

KTMT-nin 5 ölkəsi Ukrayna sərhədində hərbi təlim keçir

Hazırda oxunan: KTMT-nin 5 ölkəsi Ukrayna sərhədində hərbi təlim keçir

641727

12–16 oktyabr tarixlərində Belarusda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) "Sarsılmaz qardaşlıq-2026" və "Sədd-2026" birgə hərbi təlimləri keçiriləcək. Təlimlərdə Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarus hərbçiləri iştirak edir.

Bizim.Media xəbər verir ki, təlimlərə 1500-dən çox şəxsi heyət, 300-dən çox silah və xüsusi texnika, həmçinin 80-ə yaxın müxtəlif tipli PUA (dron) cəlb olunub.
 

Təlimlər Belarusun "Losvido" və "Starodorojskiy" poliqonlarında təşkil olunur. "Losvido" poliqonunda sülhməramlı əməliyyatların keçirilməsi, "Starodorojskiy" poliqonunda isə bioloji təhlükə mənbələrinin zərərsizləşdirilməsi tapşırıqları icra ediləcək.


KTMT təlimlərin planlı xarakter daşıdığını və üçüncü dövlətlərə qarşı yönəlmədiyini bildirib.

Ukrayna tərəfi isə bunu şimal sərhədlərində növbəti təxribat və potensial təhdid kimi qiymətləndirərək, Belarusla sərhəddə müdafiə xətlərini və monitorinqi daha da gücləndirəcək. 
 

Ukraynanın haqq mübarizəsini dəstəkləyən Qərb ölkələrinin fikrincə, Rusiyanın bu addımı regional təzyiqi artırmaq və diqqəti cəbhədən yayındırmaq cəhdidir.


NATO isə Polşa və Baltikyanı ölkələrdə önləyici tədbir kimi kəşfiyyat-müşahidə fəaliyyətini artırılacaq və sərhədlərin təhlükəsizliyi üçün hazırlıq səviyyəsini yüksəldəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO