Bu ölkədə minimum pensiyalar dörd dəfədən çox artırılacaq

Bu ölkədə minimum pensiyalar dörd dəfədən çox artırılacaq

Hazırda oxunan: Bu ölkədə minimum pensiyalar dörd dəfədən çox artırılacaq

633491

Macarıstan hökuməti qocalığa görə minimum pensiyaların məbləğinin dörd dəfədən çox artırılması barədə qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə respublikanın baş naziri Peter Madyar "YouTube" kanalında yayımlanan videomüraciətində bildirib.
 

"Öhdəliklərimizə uyğun olaraq, 2027-ci il yanvarın 1-dən qocalığa görə minimum pensiyanın məbləğini 120 000 forintə (təxminən 650 manat - red.) qaldırırıq", - deyə Madyar bildirib.


O xatırladıb ki, 2008-ci ildən etibarən minimum pensiyanın məbləği dəyişməyərək 28 500 forint (təxminən 150 manat - red.) təşkil edib.

Bununla yanaşı, baş nazirin sözlərinə görə, reseptlə satılan dərmanlara ƏDV-nin ləğv edilməsi, eləcə də oduna tətbiq olunan ƏDV-nin 27%-dən 5%-ə endirilməsi Macarıstanın yüzminlərlə yaşlı sakininin həyat şəraitinin yaxşılaşmasına kömək edəcək. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO