Mavritaniyanın sabiq xarici işlər naziri İsmail Ould Şeyx Ahmed İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib.
Bizim.Media “Anadolu” agentliyinə istinadla xəbər verir ki, İƏT xarici işlər nazirlərinin Ciddə şəhərində keçirilən fövqəladə iclasında bununla bağlı qərar qəbul edilib.
Qeyd edək ki, 66 yaşlı Şeyx Ahmed 2021-ci ildən bəri Baş katib vəzifəsində çalışan çadlı diplomat Hüseyn İbrahim Tahanı əvəz edəcək.
Yeni Baş katib 2015-2018-ci illərdə BMT Baş katibinin Yəmən üzrə xüsusi elçisi olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:54 / 27.08.2026
İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi
Hazırda oxunan: İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi
Hazırda oxunan: İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi
633382
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































