İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

Hazırda oxunan: İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

633238

İran Hörmüz boğazının cənub dəhlizi ilə hərəkət edən Hindistana məxsus tankeri saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
 

"Hindistanın “Haana” tankeri Hörmüz boğazından keçən və Oman dəhlizi kimi tanınan cənub marşrutu ilə hərəkət etməyi planlaşdırırdı, lakin ona dayanmaq barədə xəbərdarlıq edilib", — deyə məlumatda bildirilib.


Qeyd olunub ki, son 24 saat ərzində Hörmüz boğazının cənub marşrutunda gəmilərin hər hansı bir hərəkəti müşahidə olunmayıb.

Bundan əvvəl İranın Hörmüzdəki gəmiçiliyə nəzarət idarəsi bəyan etmişdi ki, boğazı keçərkən qaydaları pozan gəmilərə qarşı məhdudiyyətlər tətbiq ediləcək, onlar cərimələnəcək və müsadirə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO