Duqin: “Moskvanın mərkəzində gəzən şəhər sakinləri də cəbhəyə göndərilməlidir”

Duqin: “Moskvanın mərkəzində gəzən şəhər sakinləri də cəbhəyə göndərilməlidir”

Hazırda oxunan: Duqin: “Moskvanın mərkəzində gəzən şəhər sakinləri də cəbhəyə göndərilməlidir”

628009

Kremlə yaxın ideoloq Aleksandr Duqin bildirib ki, Moskvanın Patriarşıye Prudı rayonunda vaxt keçirən və adi həyat tərzini davam etdirən sakinlər də sonda səfərbər edilərək cəbhəyə göndərilməlidirlər.

Bizim.Media xəbər verir ki, Duqinin fikrincə, davam edən münaqişə şəraitində “qayğısız həyat” görüntüsünü qorumaq yolverilməzdir.

O iddia edib ki, Rusiya Qərblə “sivilizasiya müharibəsi” aparır və bunun qlobal nəticələri ola bilər.

“Biz Qərblə üz-üzə sivilizasiya müharibəsi aparırıq. Döyüş şəraitində yarıoyaq vəziyyətdə qalmaq ölümcül təhlükəlidir”, – deyə Duqin bildirib.

O, çıxışında Patriarşıye Prudıda istirahət edənləri “arxa cəbhə qarışqaları” ilə müqayisə edib.

Bioloqların təcrübələrinə istinad edən Duqin bildirib ki, belə “qarışqalar” əsas resurs tükəndikdən sonra fəaliyyətə qoşulur və bunu gələcəkdə əhalinin daha geniş səfərbər edilə biləcəyi ilə əlaqələndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO