
- A-
- A
- A+
Ukraynanın müdafiə naziri 40-a yaxın ölkəyə XAHİŞ MƏKTUBU göndərdi
Ukraynanın müdafiə naziri Mixail Fyodorov Rusiya Silahlı Qüvvələrinin qisas zərbəsi fonunda təcili olaraq "Patriot" HHM sistemləri üçün raketlərin verilməsi xahişi ilə 40-a yaxın ölkəyə məktub göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın hərbi idarəsindən məlumat verilib.
Ukrayna Müdafiə Nazirliyindən bildirilib ki, mövcud ehtiyatlar və bağlanmış razılaşmalar səmanı qorumaq üçün kifayət deyil və respublikaya təcili olaraq “Patriot” sistemləri üçün əlavə raketlər lazımdır. Nazirlik iddia edir ki, onlar tərəfdaşların anbarlarında mövcuddur.
"Ukraynanın müdafiə naziri artıq 40-a yaxın tərəfdaş ölkəyə müraciət edərək, Ukrayna üçün müqavilə ilə nəzərdə tutulmuş gələcək tədarüklər müqabilində, mövcud ehtiyatlardan “Patriot” raketlərinin elə bu ay təcili olaraq Ukraynaya verilməsini xahiş edib", - bəyanatda qeyd olunub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































