Kolumbiyalı xilasedicilər Venesuelada 70 saatdan sonra dağıntılar altından 11 yaşlı oğlanı sağ çıxarıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Kolumbiya Müdafiə Nazirliyi “Facebook” səhifəsində məlumat verib.
Bildirilib ki, bu əməliyyat ümid bəxş edir və sağ qalanların axtarışını davam etdirmək missiyasını gücləndirir.
Nazirlik həmçinin Kolumbiyanın Milli Fəlakət Risklərinin İdarə Edilməsi Xidməti və Boqota Yanğından Mühafizə İdarəsinin mütəxəssislərinin fədakarlığını və cəsarətini yüksək qiymətləndirib.
Bizim.Media





































































































