Zelenski Rusiya ilə müharibədən danışdı: "Masa arxasına əyləşib danışmalıyıq”

Zelenski Rusiya ilə müharibədən danışdı: "Masa arxasına əyləşib danışmalıyıq”

Hazırda oxunan: Zelenski Rusiya ilə müharibədən danışdı: "Masa arxasına əyləşib danışmalıyıq”

616414

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə davam edən müharibənin gedişatı və münaqişənin həlli yolları barədə mühüm bəyanatla çıxış edib.

Bizim.Media xəbər verir ki, cəbhədəki mövcud vəziyyəti qiymətləndirən Ukrayna lideri qüvvələr nisbətinin dəyişdiyini vurğulayıb:

"Hazırda onlar (Rusiya ordusu) bir ay ərzində bizim azad etdiyimiz ərazidən daha çox torpaq işğal edə bilmirlər".

Cəbhə xəttindəki bu dinamikanı nəzərə alan Zelenski, münaqişənin həlli üçün diplomatik addımların atılmasının vacibliyini qeyd edib və konkret vaxt göstərib:

"Məhz buna görə də hesab edirəm ki, biz növbəti qış başlamazdan əvvəl diplomatik yol tapmalı – masa arxasına əyləşib danışmalıyıq".

Analitiklər Zelenskinin bu bəyanatını Ukrayna rəhbərliyinin cəbhədəki strateji sabitlik fonunda danışıqlar prosesinə daxil olmağa hazırlaşmasının mühüm siqnalı kimi qiymətləndirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO