
- A-
- A
- A+
Dünya
06:24 / 29.01.2022
1 dəq oxunma
ABŞ Ukraynaya yeni silahlar göndərdi
Hazırda oxunan: ABŞ Ukraynaya yeni silahlar göndərdi
57662
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
ABŞ Ukraynaya müxtəlif çaplı döyüş sursatlarının daha bir partiyasını çatdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov tviterdə yazıb.
“Ukraynaya 81 ton müxtəlif çaplı döyüş sursatları çatdırılıb, gələn həftə müdafiə qabiliyyətini gücləndirmək üçün hərbi-texniki yardımla növbəti Amerika təyyarəsini gözləyirik”, - Reznikov bildirib.
Ukraynanın müdafiə naziri Amerika tərəfinə göstərdiyi köməyə görə təşəkkür edib.
ABŞ Ukraynaya ümumilikdə təxminən 200 milyon dollar dəyərində 45 reyslə hərbi yardım çatdırmağı planlaşdırır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































