Rusiya Ukraynada daha 1070 hərbçisini itirdi

Rusiya Ukraynada daha 1070 hərbçisini itirdi

Hazırda oxunan: Rusiya Ukraynada daha 1070 hərbçisini itirdi

181137

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1070 hərbçisini itirib.

Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 419 020 nəfərə çatıb. 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 tank, 28 zirehli döyüş maşını, 48 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO