Türkiyənin 19 vilayətində xəbərdarlıq edildi - SƏBƏB

Türkiyənin 19 vilayətində xəbərdarlıq edildi - SƏBƏB

Hazırda oxunan: Türkiyənin 19 vilayətində xəbərdarlıq edildi - SƏBƏB
153439
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin mərkəzi hissəsində və Qara dəniz bölgəsində güclü yağışlar yağır. Hakimiyyət orqanları 19 vilayətin sakinlərinə daşqın və sel təhlükəsi barədə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə “TRT” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, güclü yağışdan ən çox Samsun şəhəri zərər çəkib. Belə ki, ötən gecədən başlayan leysan bu gün də davam edir.

Nəticədə bir neçə meydanı və küçələri su basıb, bəzi yerlərdə suyun səviyyəsi 50 sm-ə çatıb. Onlarla avtomobilə ziyan dəyib, yaşayış binalarının birinci mərtəbələri də su altında qalıb.

Samsunda şəhərlərarası avtomobil yollarının bəzi hissələrini su basıb və güclü tıxac yaranıb. Həmçinin şəhərdə yolların bəzi hissələrində yeraltı piyada keçidləri və tunellər su altında qalıb.
Türkiyənin Qara dəniz sahillərinin digər şəhərlərində də güclü yağışlar nəticəsində daşqınlar baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO