Zelenski: “Ukrayna 42 ədəd F-16 qırıcısı alacaq”

Zelenski: “Ukrayna 42 ədəd F-16 qırıcısı alacaq”

Hazırda oxunan: Zelenski: “Ukrayna 42 ədəd F-16 qırıcısı alacaq”
151612
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna birinci mərhələdə tərəfdaşlardan 42 ədəd "F-16" qırıcısı alacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.

"Mark Rutte (Niderandın Baş naziri -red) və mən Ukraynaya veriləcək "F-16"-ların sayı barədə razılığa gəldik - pilotlarımız və mühəndislərimiz təlim keçdikdən sonra. 42 ədəd təyyarə. Bu hələ başlanğıcdır", - deyə prezident yazıb.

Qeyd edək ki, avqustun 17-də Amerika Birləşmiş Ştatları "F-16" qırıcılarının Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsini təsdiqləyib.
ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Ukrayna pilotların hazırlığı başa çatdıqdan sonra Amerika qırıcıları ilə təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO