Pentaqon: Ukraynanı çətin döyüşlər gözləyir, itkilər olacaq

Pentaqon: Ukraynanı çətin döyüşlər gözləyir, itkilər olacaq

Hazırda oxunan: Pentaqon: Ukraynanı çətin döyüşlər gözləyir, itkilər olacaq
142475
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pentaqon Ukraynanın əks-hücum əməliyyatının gedişatını şərh edərkən bildirib ki,  
“Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarının uğurlu olması üçün lazımi vasitələrə malikdir”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Pentaqonun nümayəndəsi Sabrina Sinq deyib. 

Sinqin sözlərinə görə, Ukraynadakı bütün döyüşlər hər gün Baxmutda gedən döyüşlərə çevrilir:

“Biz bilirik ki, döyüşlər çətin olacaq. Bunun vaxt aparacağını da  bilirik və  biz əminik ki, ukraynalıların döyüş gücü və əks-hücum əməliyyatlarında uğur qazanmaq imkanı var”. 

Sinq ABŞ-ın Ukraynaya yardım hesablamalarında Ukrayna tərəfindəki itkiləri nəzərə almasına da diqqət çəkib:

“Biz bilirdik ki, döyüş meydanında itkilər olacaq. Bu, müharibənin bezdirici tərəfidir. Ancaq gördüyümüz kimi, ukraynalılar əvvəldən bunun öhdəsindən gəldilər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO