Fransa parlamentinin saytı rusiyapərəst hakerlər tərəfindən dağıdıldı

Fransa parlamentinin saytı rusiyapərəst hakerlər tərəfindən dağıdıldı

Hazırda oxunan: Fransa parlamentinin saytı rusiyapərəst hakerlər tərəfindən dağıdıldı
127534
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın internet saytı haker hücumuna məruz qalaraq bloklanıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə saat ərzində sayta giriş mümkün olmayıb, əsas səhifədə isə saytın təmirdə olduğu yazılıb. 
 
Məlumata görə, hücumun Fransanın Ukraynaya dəstəyinə cavab olduğu bildirilib. Kiberhücuma görə məsuliyyəti rusiyayönlü “NoName” haker qrupu öz üzərinə götürüb. 

Qeyd edək ki, “NoName” Ukraynanı dəstəkləyən ölkələrdə, o cümlədən Qərbi Avropada fəaliyyət göstərən qurumları hədəf alan rusiyayönlü haker qrupudur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO