NATO Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gələcək

NATO Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gələcək

Hazırda oxunan: NATO Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gələcək
115203
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfər edəcək.

Bizim.Media bu barədə NATO rəsmisinə istinadən xəbər verir.

NATO rəsmisinin sözlərinə görə, Xavyer Kolominanın səfəri bu həftə baş tutacaq.

Onun sözlərinə görə, Baş katibin xüsusi nümayəndəsi Xavyer Kolomina Bakı ilə yanaşı, İrəvana da səfər edəcək.
“Xavyer Kolominanın səfəri NATO-nun bu iki mühüm tərəfdaş ölkəsinin rəsmiləri ilə müntəzəm siyasi məsləhətləşmələrin bir hissəsidir. Səfər zamanı xüsusi nümayəndə regionda təhlükəsizlik sahəsində baş verən hadisələr və NATO-nun hər iki ölkə ilə tərəfdaşlığı ilə bağlı yüksək vəzifəli rəsmilərlə fikir mübadiləsi aparacaq”, - bildirilib.

Təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq Xavyer Kolominanın səfərinin dəqiq tarixi göstərilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO