Rusiyadan Britaniyanın XİN rəhbəri və Baş Qərargah rəisinə SANKSİYA

Rusiyadan Britaniyanın XİN rəhbəri və Baş Qərargah rəisinə SANKSİYA

Hazırda oxunan: Rusiyadan Britaniyanın XİN rəhbəri və Baş Qərargah rəisinə SANKSİYA

114759

Rusiya Böyük Britaniya xarici işlər naziri və Baş Qərargah rəisinə sanksiya tətbiq edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Britaniyanın xarici işlər naziri Ceyms Kleverli və Baş Qərargah rəisi Patrik Sandersin Rusiya ərazisinə girişi qadağan olunub.

"Bu ilin yanvarında Britaniya hökuməti tərəfindən anti-Rusiya kursunun davam etdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin bir sıra üzvlərinin, hüquq-mühafizə orqanlarının və Böyük Britaniyanın jurnalist korpusunun nümayəndələrinin əlavə olaraq Rusiyanın “stop siyahısı”na daxil edilməsi qərara alınıb.
Onların arasında, xüsusən də Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli, Regionların sosial-iqtisadi inkişafı, mənzil, icma və yerli idarəetmə naziri Maykl Qov, Lankaster Hersoqluğunun Kansleri Oliver Douden, Baş Qərargah rəisi Patrik Sanders , Britaniya Silahlı Qüvvələrinin Strateji Komandanlığı və Milli Kibertəhlükəsizlik Mərkəzinin rəhbərliyinin nümayəndələri var", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO