Britaniya kral ailəsinin qadağan olunmuş videosu

Britaniya kral ailəsinin qadağan olunmuş videosu "YouTube"a sızdırıldı - FOTO

Hazırda oxunan: Britaniya kral ailəsinin qadağan olunmuş videosu "YouTube"a sızdırıldı - FOTO
10194
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Britaniyanın kral ailəsi haqqında qadağan olunmuş sənədli film "YouTube"da yayımlanıb.

Bizim.Media "CNN"ə istinadən bildirir ki, kraliça II Elizabet, şahzadə Filip, Anna və Çarls Vindzor qalasında yemək zamanı BBC-nin kameraları tərəfindən çəkilib.

1969-cu ildə çəkilən  kadrların kraliça II Elizabet tərəfindən on illərdir qadağan olunmasına baxmayaraq sirli şəkildə "YouTube"a sızdırılıb.

Videonun kimin tərəfindən yayılması məlum deyil. 350 milyon baxış sayı olan sənədli film müəllif hüquqlarının pozulması təsdiqlənəndən sonra silinib. 

"Müəllif hüquqları təsdiq olunan kimi biz videonu sildik",- deyə "Youtube" rəsmisi "CNN"ə açıqlamasında bildirib.

Bakingem sarayı isə məsələyə fikir bildirməkdən imtina edib.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO