Astarada əvvəllər məhkum olunan şəxs saxlanıldı - SƏBƏB 

Astarada əvvəllər məhkum olunan şəxs saxlanıldı - SƏBƏB 

Hazırda oxunan: Astarada əvvəllər məhkum olunan şəxs saxlanıldı - SƏBƏB 
90886
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Astara sakininin evindən 13 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, “Xaş-xaş 2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Ərçivan qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Emil Zərbiyev saxlanılıb.

Onun yaşadığı evin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 25 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı E.Zərbiyevin üzərindən və yaşadığı evdən ayrı-ayrı bükümlərdə 6 kiloqrama yaxın heroin, 6 kiloqram 481 qram tiryək, 1 kiloqramdan artıq marixuana, 35 qram həşiş qətranı, 31 qram metamfetamin, əlavə olaraq ümumilikdə 68 ədəd narkotik və güclü təsir edən maddə tərkibli həblər və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO