İsmayıllıda qanunsuz zəli tutan şəxslər TUTULDU

İsmayıllıda qanunsuz zəli tutan şəxslər TUTULDU

Hazırda oxunan: İsmayıllıda qanunsuz zəli tutan şəxslər TUTULDU
86595
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayında qanunsuz balıq ovlayan, İsmayıllı rayonu Tircan kəndi ərazisində isə qanunsuz tibb zəlisi tutan şəxslər saxlanılıb.

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Neftçala rayon sakini Ələddin Qasımov, İsmayıllı rayon sakini İlqar Nuruyev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb:

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

Xidmət rəsmisi onu da qeyd edib ki, ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Neftçala və Tovuz rayonları ərazisindən keçən hissəsindən ümumilikdə 1640 metr uzunluğunda sintetik tor yığışdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO