
- A-
- A
- A+
Peyvəndlər autizm yaradır? – Rəsmi açıqlama
“Peyvəndlər autizm spektr pozuntusuna və digər xəstəliklərə səbəb olmur. Bunu Danimarkada 650 min uşaq üzərində aparılan genişmiqyaslı tədqiqat da təsdiqləyib”.
Bizim.Media xəbər verir ki, bunu Respublika Pediatriya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Pediatriya üzrə mütəxəssis-eksperti Erkin Rəhimov İTV-nin efirində canlı yayımlanan “Xəbərimiz var” verilişində sualları cavablandırarkən bildirib.
Onun sözlərinə görə, pandemiyadan əvvəl Azərbaycanda peyvəndlənmə səviyyəsi kifayət qədər yüksək olub:
"Lakin pandemiya dövründə bütün dünyada olduğu kimi, ölkəmizdə də peyvəndlərlə bağlı müxtəlif miflər yayılıb. Bu isə valideynlər arasında tərəddüd və narahatlığa səbəb olub”.
“Valideynlər miflərə deyil, mötəbər mənbələrə əsaslanan elmi məlumatlara etibar etməlidirlər. Sosial mediada yayılan hər məlumat həqiqəti əks etdirmir”, – deyə Erkin Rəhimov vurğulayıb.
Fəridə, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































