İki yaşa qədər uşaqlara ekrana baxmaq qadağandır - Xəbərdarlıq

İki yaşa qədər uşaqlara ekrana baxmaq qadağandır - Xəbərdarlıq

Hazırda oxunan: İki yaşa qədər uşaqlara ekrana baxmaq qadağandır - Xəbərdarlıq
649514
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İki yaşadək uşaqların ekran qarşısında vaxt keçirməsi qadağandır”.

Bizim.Media xəbər verir ki, bunu Respublika Pediatriya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssis-eksperti Erkin Rəhimov İTV-nin canlı yayımlanan “Xəbərimiz var” verilişində sualları cavablandırarkən bildirib.
 

O qeyd edib ki, Amerika Pediatriya Akademiyası da son vaxtlar bu yaş həddinin üç yaşadək uzadılmasını tövsiyə edir.


E.Rəhimovun sözlərinə görə, ekran qarşısında çox vaxt keçirmək uşaqlarda nitq və ünsiyyət problemlərinə səbəb olur:

"Bəzən tədris materiallarına baxmağın faydalı olduğu düşünülür. Lakin bu, yanlış yanaşmadır. Həmin yaşda uşaqların ekrana baxaraq öyrənməsindənsə, insanlarla ünsiyyət qurması daha vacibdir".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO