Ata və oğlunu öldürmək üçün 6 ay gözləyib: "Adıma əxlaqsız mahnılar yazırdılar"

Ata və oğlunu öldürmək üçün 6 ay gözləyib: "Adıma əxlaqsız mahnılar yazırdılar"

Hazırda oxunan: Ata və oğlunu öldürmək üçün 6 ay gözləyib: "Adıma əxlaqsız mahnılar yazırdılar"
649327
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin martında Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində münaqişə zəminində tüfəngdən atəş açaraq 1956-cı il təvəllüdlü Vaqif Əmirovu qətlə yetirən 67 yaşlı Cavanşir Muradovun məhkəmə prosesi başa çatıb.

Bizim.Media "xitab24.az"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunub.

Məhkəmə heyəti Cavanşir Muradovun qətli anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlib. Buna görə də, ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Vaqif Əmirov və onun 1981-ci il təvəllüdlü oğlu Məmmədhüseyn Əmirovu öldürmək üçün 6 ay gözləyib. Onun sözlərinə görə, ata və oğlu onun adına əxlaqsız mahnılar yazıblar, şəxsini camaatın içində təhqir ediblər. O da təhqirlərə dözə bilmədiyi üçün hər ikisini öldürmək qərarına gəlib.

Qeyd edək ki, Məmmədhüseyn Əmirov silah səsini eşidib gizləndiyi üçün sağ qalıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO