Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi

Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi

Hazırda oxunan: Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi
648099
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti əfsanəvi futbolçu Romarionun istefa tələbinə sərt cavab verib.

Bizim.Media xəbər verir ki, italiyalı mütəxəssis "Globo"ya açıqlamasında Romarionun tənqidlərinə münasibət bildirərkən onun həddindən artıq çox danışdığını deyib.

Xatırladaq ki, Romario yığmanın nəticələrindən, xüsusilə DÇ-2026-dakı çıxışından narazı qalaraq Ançelottinin istefaya göndərilməsini tələb edib.

“Bu, söz azadlığıdır. Demokratik ölkədə hər kəs öz fikrini bildirmək hüququna malikdir. Romario da fikrini söyləyib. Hər kəsin həqiqəti, yalanı və ya cəfəngiyyatı danışmaq hüququ var.
 

Həqiqət budur ki, Romario həddindən artıq çox danışır. Bu da onun hüququdur. Hazırda Braziliya millisində futbolçuların və oyun sxemlərinin sınaqdan keçirildiyi mərhələdir. Yeni oyunçuları yoxlayırıq.


Qiymətləndirmələrimiz çox müsbətdir. Hər zaman yaxşı oynamaq istəyirik, amma eyni vaxtda sınaqlar aparmaq, heyəti yeniləmək və tam hazır komandaya sahib olmaq mümkün deyil.

Hamımız hesab edirik ki, komandamız düzgün yoldadır. Bu istiqamətdə özümüzə böyük inamımız var və seçdiyimiz yolla davam edəcəyik” – deyə Ançelotti açıqlamasında bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO