Xəzərin Azərbaycan sahillərində torpaqların idarə olunması Əmlak Xidmətinə tapşırıldı

Xəzərin Azərbaycan sahillərində torpaqların idarə olunması Əmlak Xidmətinə tapşırıldı

Hazırda oxunan: Xəzərin Azərbaycan sahillərində torpaqların idarə olunması Əmlak Xidmətinə tapşırıldı
648097
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində torpaqların idarə olunması, istifadəsi və mühafizəsinin təşkili sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib.

Bizim.Media xəbər verir ki,bu barədə müvafiq qərara əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sahilboyu ərazilərdə torpaqların idarə olunması, istifadəsi və mühafizəsinin təşkili istiqamətində dövlət siyasətinin həyata keçirilməsini təmin edəcək.
 

Bununla yanaşı, Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq, həmin ərazilərdə idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının və qurumlarının fəaliyyətinin əlaqələndirilməsi də ona həvalə olunub.


Qeyd edək ki, bu mexanizm Xəzər dənizinin Azərbaycan sahilboyu ərazilərinə, o cümlədən adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər istisna olmaqla, şamil edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO