Paytaxtın köçürülməsi təklifinə yeni yanaşma – 5 rayonun adı çəkildi

Paytaxtın köçürülməsi təklifinə yeni yanaşma – 5 rayonun adı çəkildi

Hazırda oxunan: Paytaxtın köçürülməsi təklifinə yeni yanaşma – 5 rayonun adı çəkildi

641780

“Azərbaycanda 14 iqtisadi rayon var və hər biri üçün konkret dövlət proqramı hazırlanmalıdır. Həmin proqramlarda hansı bölgədə, hansı müddətdə və nə qədər iş yerinin yaradılacağı dəqiq göstərilməlidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri istiqlalçı millət vəkili, iqtisadçı Vahid Əhmədov Globalinfo.az-a müsahibəsində deyib.

O bildirib ki, kənd təsərrüfatı məhsulları istehsal olunan rayonlarda emal müəssisələri yaratmaq lazımdır:

“Hazırda bəzi məhsulları emal etmədən, yarımfabrikat şəklində xaricə satmağa məcbur oluruq. Sumqayıtda böyük sənaye zonası yaradılıb və orada minlərlə insan çalışır. Bu cür müəssisələrin bir hissəsini Quba, Qusar və digər rayonlarda da yaratmaq mümkündür. İşğaldan azad edilmiş ərazilərdə – Cəbrayıl, Füzuli və Ağdamda sənaye zonalarının qurulması da bu baxımdan əhəmiyyətlidir. Məqsəd insanların kəndlərdə və rayonlarda yaşayıb işləməsi üçün şərait yaratmaq, Bakıya axını azaltmaq olmalıdır”.

Paytaxtın köçürülməsi təklifindən danışan Vahid Əhmədov bildirib ki, bu o qədər də effektiv addım olmaz:

“Mən paytaxtın köçürülməsinin tərəfdarı deyiləm. Bakı dünyada kifayət qədər tanınan şəhərdir, burada çoxlu tarixi abidələr var və turist axını da böyükdür. Hesab edirəm ki, paytaxtı köçürməyə ehtiyac yoxdur. Bunun əvəzinə, Bakıda müəyyən idarəetmə orqanlarını saxlamaqla, digər dövlət qurumlarını regionlara köçürmək mümkündür. Bunun heç bir problemi yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO