Bu gün "44" bədii filminin təqdimatı baş tutacaq

Bu gün "44" bədii filminin təqdimatı baş tutacaq

Hazırda oxunan: Bu gün "44" bədii filminin təqdimatı baş tutacaq

641714

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində "44" bədii filminin təqdimatı keçiriləcək.

Bizim.Media xəbər verir ki, film Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa həsr olunub.

Ekran əsərinin məqsədi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə və tarixi yaddaşın qorunmasına töhfə verməkdir.

Filmin premyerası oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçirilib. Ekran əsəri bir kursantın gözü ilə təqdim olunan qəhrəmanlıq və məhəbbət dramıdır.
 

Filmin süjet xəttində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türkiyəli həkim-ortoped Zeynəb Özdəmir və xüsusi təyinatlı qrupun komandiri polkovnik Ramazan Kərimovun hekayəsi yer alır. Əsərdə sevgi, şəxsi sınaqlar və hərbi əməliyyatlar paralel şəkildə təsvir olunur.


Bədii filmin rejissorları İsmayıl Səfərəli və Maksim Smetanadır. Ssenari müəllifi Anar Ələkbərov olan ekran əsəri Bakı Media Mərkəzi tərəfindən istehsal edilib və Heydər Əliyev Fondunun, eləcə də Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Çəkilişlər Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO